Siyasət

Qubad İbadoğlunun partiyası istefa xəbərlərini təkzib edir

Azərbaycan Demokratiya və Rifah Hərəkatı təşkilatdan bir qrup gəncin istefasına aydınlıq gətirib.

Partiyanın sədr müavini Ədalət Yusifov Qaynarinfo-ya açıqlamasında deyilənlərin həqiqətə uyğun olmadığını bildirib:

“Deyilənlərə inanmayın. ADR-in İdarə Heyətinin üzvlərinin kimlərdən ibarət olduğunu hər kəs bilir. İstefa verən İsmayıl Nəzərli özünü ADR qurucularından biri elan edib. Bu adam özü ilə bağlı açıqlama versin ki, hansı rayon təşkilatının üzvü olub? İkincisi, istefa verən bir qrup şəxs hansı rayon təşkilatının üzvləri olublar? Bu adamların heç birinin ADR-ə aidiyyatı yoxdur”.

Ədalət Yusifov deyir ki, İsamyıl Nəzirli Ağstafa rayonundandır: “Onu yerli təşkilata qəbul etməyiblər. ADR hərəkatı formalaşanda onun ərizəsi İdarə Heyəti səviyyəsində rədd olunub. İnciklik yaranmasın deyə onun ərizəsini götürsək də heç bir rayon təşkilatına verə bilmədik, ortalıqda qaldı. Reallıq budur”. 

Qeyd edək ki, Azərbaycan Demokratiya və Rifah Partiyasından İsmayıl Nəzərli özü ilə yanaşı bir qrup üzvün istefa verdiyini açıqlayıb. 

0
0

Həmçinin baxa bilərsiniz

Siyasət

“Danışaq?” layihəsinin növbəti qonağı Umayra Tağıyeva: Azərbaycanda su tükənir? – VİDEO

  • 21 Aprel 2023 - 20:27
Jurnalist Həmid Həmidov “Danışaq?” verilişinin yeni buraxılışında izləyicilərə növbəti maraqlı müsahibə təqdim edib. Ənənəvi cümə podkastının budəfəki qonağı Azərbaycanın ekologiya
Siyasət

Erməni təxribatıları davam edir: “Dəmir yumruq” yenidən işə düşə bilər

  • 23 Aprel 2023 - 16:39
Ermənistan hər vəchlə Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar olunmasına maneə törədir. Rəsmi İrəvan özünü sülh qaranquşu kimi təqdim etsə də,