Müharibə

Ukraynada jurnalist faciəli şəkildə həlak oldu – VİDEO

Ukraynada müharibə davam edir.

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, ötən gecə Kiyevdə həyəcan siqnalı qeydə alınmasa da, Donetsk, Xarkov, Zaporojye, Xerson, Dnepropetrovsk və Kirovoqrad vilayətlərində gərginlik müşahidə olunub.

“Ukrayna Ordusunun Xerson və Donetskdə həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində Baxmut şəhərində bir küçə işğaldan azad edilib. Eyni zamanda Rusiya Silahlı Qüvvələrinə məxsus 72-ci briqadanın 2 rotası məhv edilib”, – deyə jurnalist əlavə edib.

M.Aslanov onu da qeyd edib ki, Frans-Press Agentliyinin operatoru Arman Soldin Donetskdə raket atəşinə məruz qalaraq həlak olub.

0
0

Həmçinin baxa bilərsiniz

Müharibə

MN: Laçın istiqamətində mövqelərimiz atəşə tutulub

  • 23 Aprel 2023 - 17:41
Aprelin 23-ü saat 15:10 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Qarakilsə rayonunun Qızılcıq yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun
Müharibə

Rusiyanın Ukraynadakı müharibədə itkiləri – Yenilənmiş SİYAHI + FOTO

  • 23 Aprel 2023 - 17:54
Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Qeyd olunub