Cəmiyyət

“West Hospital” ümummilli lider Heydər Əliyevin yüzilliyi ilə bağlı tədbir keçirib – FOTO

Mayın 8-də “West Hospital”ın təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan səhiyyəsi” mövzusunda tədbir keçirilib.

Hospitalın əməkdaşları əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, gül dəstələri qoyublar. Daha sonra görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın xatirəsi də ehtiramla yad edilib.

Tədbirdə “West Hospital”ın Baş həkimi Sənəm Abdullayeva açılış nitqi ilə çıxış edərək ulu öndər Heydər Əliyevin xüsusilə səhiyyə sahəsinə verdiyi töhfələr barədə danışıb.

Sonra Milli Məclisin deputatı Məlahət İbrahimqızı ulu öndər Heydər Əliyevin Azərbaycanın hərtərəfli inkişafı istiqamətində gördüyü işlər barədə danışıb.

Növbəti çıxış Binəqədi rayon Yeni Azərbaycan Partiyasının sədri Vüsar İsmayılovun olub. O bildirib ki, ulu öndərin həyat və fəaliyyətinin gələcək nəsillərə çatdırılması baxımından Heydər Əliyevin təməlini qoyduğu mütərəqqi siyasi irs bu gün də ölkəmizdə qətiyyətlə həyata keçirilir.

Daha sonra deputat Müşfiq Məmmədli xalqımızın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan ulu öndər Heydər Əliyevin ölkəmiz və xalqımız qarşısındakı misilsiz xidmətləri barədə çıxış edib.

Ulu öndər Heydər Əliyevin müdrik və uzaqgörən siyasətçi olduğunu deyən Binəqədi rayon Gigiyena və Epidemiologiya mərkəzinin direktoru Fədai Hacıyev, ümummilli liderin həyata keçirdiyi siyasətin ölkəmizdə bütün sahələri canlandırdığını diqqətə çatdırıb.

Tədbir zamanı çıxış edən digər qonaqlar, eləcə də “West Hospital”ın peşəkar həkim kollektivinin üzvləri ulu öndər Heydər Əliyev Azərbaycanın qarşısındakı misilsiz xidmətlərindən söz açıblar. Həmçinin çıxış edənlər görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın zəngin pedaqoji, elmi və əməli təcrübələri haqqında da öz fikirlərini bildiriblər.

Bununla da tədbir çıxışlarla başa çatıb.

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər