İdman

Atıcılıq üzrə dünya kubokunun ikinci günündə Türkiyə komandası qaliblər sırasında olub – FOTO

Bu gün Bakıda atıcılıq üzrə “Dünya Kuboku 2023”ün növbəti yarışları keçirilib.

Qarışıq komandalar arasında 10 metr məsafəyə pnevmatik tüfəngdən atəş üzrə finala düşən iki Çin komandasından biri (Yuting Hvang və Lihao Şenq) qızıl, digəri (Jiling Vanq – Aoran Yanq) gümüş medala sahib olub. Həmyerlilər finalı 16:14 hesabı ilə tamamlayıblar. Çexiya komandasını təmsil edən Aneta Brabçova – Frantisek Smetana cütlüyü 17:11 hesabı ilə Macarıstan təmsilçilərini önə çıxararaq bürünc medala yiyələnib.

Ötən il Bakıda bol medallar qazanaraq yadda qalan Türkiyə komandası bu gün ilk medalını qazanıb. Qarışıq komanda növündə 10 metr məsafəyə pnevmatik tapançadan atəş üzrə türkiyəli Şimal Yılmaz və İsmail Keleş cütlüyü İtaliya komandasını 17:9 hesabı ilə önləyərək bürünc medala layiq görülüb.

Hindistanlı Divya Tadigol Subaraju və Sarabjot Sinqh serbiyalı Zorana Arunoviç və Damir Mikeç duetinə 16:14 hesabı ilə qalib gələrək, yarışın qızıl medalçısı olublar.

0
0

Həmçinin baxa bilərsiniz

İdman

“Çelsi”nin yeni baş məşqçisi kim olacaq?

  • 21 Aprel 2023 - 20:41
Yulian Nagelsmann artıq “Çelsi”nin yeni baş məşqçisi postu uğrunda yarışdan geri çəkilib. Bu barədə insayder Fabrisio Romano məlumat yayıb. Onun
İdman

“Formula-1”: Azərbaycan Qran Prisinin əsas tribunasının biletləri tamamilə satıldı

  • 21 Aprel 2023 - 20:45
“Formula-1” üzrə Azərbaycan Qran Prisinin Abşeron tribunasının bütün sektorlarına biletlərin hamısı satılıb. Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) verilən məlumata