Dünya

Dubay hakimiyyəti Ermənistan təyyarəsinə eniş icazəsi vermədi

“Flyone Armenia” aviaşirkətinə məxsus təyyarə aviasiya rəhbərliyinin qadağası səbəbindən Dubay hava limanına enə bilməyib.

Bu barədə cümə axşamı şirkətin idarə heyətinin rəhbəri Aram Ananyan məlumat verib.

“Dubay aviasiya rəhbərliyi “Flyone” şirkətinin İrəvan-Dubay-İrəvan reysinin Əl-Məktum hava limanına enməsini qadağan edib. Aviaşirkət uçuş üçün bütün icazələri əvvəlcədən alıb. Təyyarə İranın Kiş hava limanına enib və hazırda İrəvana qayıdır”, – o deyib.

Mənbə: TASS

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin