Dünya

İsrail “İslami Cihad”ın komandirlərindən birini məhv etdi – FOTO

İsrail ordusu Qəzza zolağına endirdiyi hava zərbələri nəticəsində “İslami cihad” qruplaşmasının daha bir komandirini məhv etdiyini bildirib.

İsrail Müdafiə Qüvvələrinin verdiyi məlumata görə, mayın 11-də səhər saatlarında Qəzzanın cənubunda Xan-Yunis şəhərinə endirilən hava zərbəsi nəticəsində Ali Qali öldürülüb. O, “İslami cihad”ın raket qüvvələrinin komandanı olub.

“Qali İsrail ərazisinə raket hücumlarının, o cümlədən “Qalxan və Ox” əməliyyatı zamanı son atışmaların istiqamətləndirilməsinə və həyata keçirilməsinə cavabdeh idi. Qali təşkilatın əsas fiqurlarından hesab olunurdu və təşkilatın idarə olunmasına məsul idi”, – deyə məlumatda qeyd edilib.

Bildirilib ki, Qali zərbə zamanı digər iki döyüşçü ilə birlikdə sığınacaqda gizlənib. Həmçinin digər döyüşçülərin də həlak olduğu deyilir. “İslami cihad” qruplaşması komandirin ölümünü təsdiqləyib.

Mənbə: “The Times of Israel”

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin