Siyasət

İsrailin sabiq baş naziri Prezident İlham Əliyevə məktub ünvanlayıb

1999-2001-ci illərdə İsrail Dövlətinin Baş naziri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Ehud Barak Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

AZƏRTAC xəbər verir ki, məktubda deyilir:

“Hörmətli Prezident İlham Əliyev!

Sizin mərhum atanız Prezident Heydər Əliyevin anadan olmasının 100 illiyinin qeyd olunduğu bu günlər görkəmli siyasi xadimin, tarixi şəxsiyyətin və Liderin, müasir müstəqil Azərbaycanın banisinin həyat hekayəsini, nailiyyətlərini xatırlamaq üçün çox yaxşı fürsətdir.

Dövlət Təhlükəsizliyi Xidmətində yüksək rütbələrdən başlayaraq keçmiş Sovet İttifaqı rəhbərliyində çox məsul vəzifələrə, müstəqil Azərbaycanı təlatümlərdən xilas edərək inkişaf yoluna çıxarmağa qədər uzanan həyat yolunda o, hər zaman əsl Lider olduğunu sübut etmişdir. Heydər Əliyev güclü məntiqi, zəngin təcrübəsi, qətiyyəti və dərin biliyi ilə müsahiblərini həmişə heyrətləndirirdi. Sizin mərhum atanız dünya liderləri arasında böyük hörmətə malikdir. Mən onu şəxsən tanımaq şərəfinə nail olduğuma görə qürur hissi keçirir və dünya liderlərinin BMT-nin himayəsi altında Nyu-Yorkda Yeni Minilliyini qeyd etmək üçün keçirilən toplantıdakı görüşümüzü dəqiqliklə xatırlayıram. Bu dahi insanla etdiyimiz fikir mübadiləsi mənim üçün çox səmərəli olmaqla bərabər, onun beynəlxalq geosiyasət barədə aydın, düşünülmüş və praktik yönümlü fikirlərindən dərindən təsirlənmişdim.

Siz Heydər Əliyevin liderlik irsini Azərbaycan və onun xalqı uğrunda daha böyük yüksəkliklərə qaldırdığınıza görə qürurlanmalısınız. Mən Sizi dost adlandırmaqdan qürur duyur, Sizə və Azərbaycana daha uğurlu gələcək arzu edirəm.

Allah Sizi qorusun!

Allah Azərbaycanı qorusun!”

0
0

Həmçinin baxa bilərsiniz

Siyasət

“Danışaq?” layihəsinin növbəti qonağı Umayra Tağıyeva: Azərbaycanda su tükənir? – VİDEO

  • 21 Aprel 2023 - 20:27
Jurnalist Həmid Həmidov “Danışaq?” verilişinin yeni buraxılışında izləyicilərə növbəti maraqlı müsahibə təqdim edib. Ənənəvi cümə podkastının budəfəki qonağı Azərbaycanın ekologiya
Siyasət

Erməni təxribatıları davam edir: “Dəmir yumruq” yenidən işə düşə bilər

  • 23 Aprel 2023 - 16:39
Ermənistan hər vəchlə Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar olunmasına maneə törədir. Rəsmi İrəvan özünü sülh qaranquşu kimi təqdim etsə də,