Müharibə

NATO Soyuq müharibədən sonra ən böyük islahatları tamamlayır

Şimali Atlantika Alyansı Soyuq Müharibədən bəri NATO strategiyasında qüvvələrin və cavab üsullarının yenidən təşkilini nəzərdə tutan ən böyük islahatını tamamlayır.

Bildirilir ki, NATO yeni geosiyasi reallığa cavab vermək üçün strategiya yaratmaq işini sürətləndirir.

Alyans terrorizmə və Rusiya Federasiyasından gəldiyi iddia edilən təhlükəyə qarşı ümumi strategiyanın islahatını tamamlayır. Qeyd olunur ki, bu, son 30 ildə ilk vahid strategiya olacaq.

Bildirilir ki, NATO hazırda “bəzi hərbi metodlarda dəyişiklikləri” nəzərdə tutan təxminən 4 min səhifəlik sənəd hazırlayır.

Yeni planın 2023-cü ilin iyulunda Vilnüsdə keçiriləcək sammitdə təsdiqlənəcəyi gözlənilir.

Mənbə: El Pais

0
0

Həmçinin baxa bilərsiniz

Müharibə

MN: Laçın istiqamətində mövqelərimiz atəşə tutulub

  • 23 Aprel 2023 - 17:41
Aprelin 23-ü saat 15:10 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Qarakilsə rayonunun Qızılcıq yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun
Müharibə

Rusiyanın Ukraynadakı müharibədə itkiləri – Yenilənmiş SİYAHI + FOTO

  • 23 Aprel 2023 - 17:54
Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Qeyd olunub