Siyasət

TBMM-in deputatı: “Togg” bir neçə il ərzində hamının sahib olmaq istədiyi avtomobilə çevriləcək”

“Togg” bir neçə il ərzində təkcə Türkiyədə deyil, həm Azərbaycanda, həm də bir çox başqa ölkələrdə hamının sahib olmaq istədiyi avtomobilə çevriləcək”.

Bunu “Report”un Türkiyəyə ezam olunmuş əməkdaşına hakim Ədalət və İnkişaf Partiyasının İdarə Heyətinin üzvü, Türkiyə Böyük Millət Məclisində Ədirnəni təmsil edən deputat Fatma Aksal deyib.

“Togg”un ilk dəfə Ədirnə şəhərində olduğunu söyləyən deputat bildirib ki, vətəndaşlar burada böyük qurur və sevinc hissi ilə avtomobilin təqdimat mərasiminə qatılıblar.

O, bunun 60 illik bir xəyal olduğunu bildirib, amma yerli və milli avtomobilin istehsalının məhz Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə reallaşdırıldığını vurğulayıb.

Ədirnədə “Togg”a böyük tələb olduğunu deyən F.Aksal xatırladıb ki, hazırda avtomobil püşkatma vasitəsilə satışa çıxarılıb:

“Bildiyim qədəri ilə püşkatmada burada bir çox insan “Togg” avtomobilinə sahib olmaq imkanı əldə edib. Düşünürəm ki, bir neçə ay çəkmədən Ədirnənin küçələrində “Togg”u görəcəyik. Bu avtomobillə mənim də səyahət etmək imkanım oldu. Əminliklə deyə bilərəm ki, “Togg” öz sinfindəki avtomobillərə görə ən yüksək standartlara malikdir. Həmçinin qiyməti də kifayət qədər münasibdir. Dövlətimiz avtomobilə sahib olmaq istəyən vətəndaşlarımıza hər cür imkanı yaradır”.

0
0

Həmçinin baxa bilərsiniz

Siyasət

“Danışaq?” layihəsinin növbəti qonağı Umayra Tağıyeva: Azərbaycanda su tükənir? – VİDEO

  • 21 Aprel 2023 - 20:27
Jurnalist Həmid Həmidov “Danışaq?” verilişinin yeni buraxılışında izləyicilərə növbəti maraqlı müsahibə təqdim edib. Ənənəvi cümə podkastının budəfəki qonağı Azərbaycanın ekologiya
Siyasət

Erməni təxribatıları davam edir: “Dəmir yumruq” yenidən işə düşə bilər

  • 23 Aprel 2023 - 16:39
Ermənistan hər vəchlə Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar olunmasına maneə törədir. Rəsmi İrəvan özünü sülh qaranquşu kimi təqdim etsə də,