Dünya

Türkiyə KİV: Kılıçdaroğlunun daha populyar olduğunu göstərən sorğu saxtalaşdırılıb

“Konda” şirkətinin seçkiqabağı ictimai rəy sorğusu cümə axşamı Türkiyə mediasının kəskin tənqidinə səbəb olub.

“Sabah” qəzeti hesab edir ki, araşdırma müəllifləri məlumatları saxtalaşdırıblar.

Qeyd olunur ki, indiyədək elmi təhlil metodlarından istifadə edilməklə aparılan sorğuların heç birində potensial səslərin sayına görə hazırkı prezidentin əsas rəqibi, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu öndə olmayıb.

“Konda”nın məlumatına görə isə Kılıçdaroğlu Prezident Ərdoğanla səs fərqini aradan qaldıraraq önə keçib.

İddiaya görə, sorğu müəllifləri səslərin bir hissəsini Ərdoğan və digər iki namizəddən silərək Kılıçdaroğluna yazıblar.

“Sabah” onu da vurğulayır ki, hətta müxalifətin daha əvvəl xüsusi sifariş verdiyi sorğular da, Kılıçdaroğlunun üstünlüyünü göstərməyib.

Xatırladaq ki, “Konda”nın sorğusu mayın 6-7-də ölkənin 81 əyalətindən 35-də 3,4 min vətəndaşla şəxsi söhbət vasitəsilə aparılıb. Buna uyğun olaraq Ərdoğan 43,7%, Kılıçdaroğlu 49,3%, mübarizədən çəkilən Məmləkət Partiyasının namizədi Məhərrəm İncə 2,2%, ATA Alyansının namizədi Sinan Oğan 4,8% səs toplayıb.

Halbuki, çərşənbə günü dərc olunan ADA-nın aprelin 20-dən mayın 9-dək respublikanın bütün əyalətlərində 65 min vətəndaş arasında apardığı sorğuda Ərdoğan 50,6%, Kılıçdaroğlu 44,8%, İncə 1,7%, Oğan isə 2,9% səs alıb.

Qeyd edək ki, Türkiyədə prezident və parlament seçkiləri mayın 14-də keçiriləcək. Birinci turda qalib gəlmək üçün prezidentliyə namizədin 50%-dən çox səs toplaması lazımdır.

Mənbə: Sabah

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin