Cəmiyyət

FHN əməkdaşı “TEXNOFEST” çərçivəsində keçirilən sərgidə gümüş medal qazanıb – FOTO

İstanbul şəhərində “TEXNOFEST” festivalı çərçivəsində təşkil edilən “ISIF”23: 8-ci İstanbul Beynəlxalq İxtiralar Sərgisi”ndə FHN-in Maddi-Texniki Təchizat İdarəsinin əməkdaşı Babayev Ramin Yadigar oğlu yeni ixtirasına görə gümüş medal qazanıb.

Bu barədə FHN mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, sərgi Türkiyənin Sənaye və Texnologiyalar Nazirliyinin, Patent və Əmtəə Nişanları Qurumunun (Türkpatent), həmçinin Beynəlxalq İxtiraçılar Assosiasiyaları Federasiyasının (IFIA) təşkilatçılığı və Ümumdünya Əqli Mülkiyyət Təşkilatı və Türk Texnologiyalar Komandasının dəstəyi ilə keçirilib.

Məlumata görə, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzinin sərgiyə göndərdiyi ixtiralar içərisində R.Babayevin sərgi müddətində keçirilən Beynəlxalq İxtiralar Müsabiqəsinə təqdim etdiyi idman trenajoru faydalı model idman avadanlığı olaraq böyük marağa səbəb olub və münsiflər heyəti tərəfindən gümüş medala layiq görülüb.

Qeyd edək ki, dünyanın ən böyük texnoloji yarışı olan “TEXNOFEST” festivalı çərçivəsində təşkil edilən “ISIF”23: 8-ci İstanbul Beynəlxalq İxtiralar Sərgisi”ndə 31 ölkədən 286 yerli və 138 xarici olmaqla ümumilikdə 424 ixtira nümayiş olunub. Sərgidə Azərbaycan və Türkiyə ilə yanaşı, ABŞ, Çin, İndoneziya, Kanada və Şimali Makedoniya kimi ölkələrin dövlət qurumları, özəl sektor və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər