İqtisadiyyat

Pulu nəyə yatıraq? – Maliyyə şərhçisindən AÇIQLAMA

“Dolların dünya valyutası statusunu itirə biləcəyi, avronun isə xüsusi likvid olmadığı bir vəziyyətdə, yəqin ki, diqqəti daşınmaz əmlaka və qızıla yönəltməyə dəyər. Kiçik şəhərlərdə və kəndlərdə deyil, hansısa paytaxtlarda yaxşı likvid daşınmaz əmlak almaq lazımdır”.

Bu sözləri rusiyalı maliyyə şərhçisi Sergey Drozdov Oxu.Az-a müsahibəsində dolların taleyi ilə bağlı fikirlərini bölüşərkən deyib.

S.Drozdov fikrini aşağıdakı kimi əsaslandırıb:

“Təsəvvür edək ki, müəyyən müddət ərzində dünyanın ehtiyat valyutaları yoxdur. Sizin isə yaxşı mülkünüz var. Heç şübhəsiz, onun qiyməti nə olursa olsun, istənilən valyutada – tuqrikdə, kronda, lirədə azalacaq. Amma zaman keçdikcə, dünyada sistem stabilləşdikcə ​​daşınmaz əmlakın da dəyəri artacaq və uzunmüddətli perspektivdə insanlar investisiyalarını itirməyəcəklər”.

Mütəxəssis deyir ki, qızıl almaq indi gecdir:

“Yəqin ki, qızıl almaq üçün çox gecdir. Bunun üçün keçən il yaxşı fürsət var idi. Həmişə hər şeyi vaxtında almaq lazımdır. Qiymət uzun müddət ərzində artdıqda deyil, qiymətlər aşağı düşəndə almaq lazımdır”.

0
0

Həmçinin baxa bilərsiniz

İqtisadiyyat

Ərdoğan: “Faizlə bərabər, inflyasiyanın da azalacağını görəcəksiniz”

  • 21 Aprel 2023 - 20:46
“Bu ilin sonuna kimi inflyasiya problemini nəzarət altına alacağıq və gələn il də həll etmiş olacağıq”. Bu sözləri Türkiyə Prezidenti
İqtisadiyyat

Büdcəyə edilən dəyişikliklərdən sonra hansı xərclər artırılacaq? – AÇIQLAMA

  • 23 Aprel 2023 - 16:14
“Bu ilin birinci rübü üzrə dövlət büdcəsi gəlirlərinin proqnozdan artıq icra olunması 2023-cü ilin dövlət büdcəsinə yenidən baxılmasına zəmin yaradıb”.