Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müxalifət lideri, “Millət İttifaqı”nın namizədi Kamal Kılıçdaroğlunun Rusiyanı ölkədəki prezident seçkilərinə müdaxilə etməkdə ittiham etməsinə yol verməyəcəyini deyib.
“Unikal” xəbər verir ki, bu barədə Türkiyə Prezidenti gənclərlə görüşü zamanı bildirib.
O qeyd edib ki, Türkiyə üçün Rusiya ilə münasibətlər ABŞ ilə əlaqələr qədər vacibdir.