İdman

“Sabah” – “Beşiktaş” oyununun hakimləri açıqlandı

“Sabah” – “Beşiktaş” oyununun hakim təyinatları bəlli olub.

Paytaxt klubunun mətbuat xidmətinin yaydığı məlumata görə, matçın baş hakimi Tural Qurbanov olacaq. Ona yan xətlərdə Vüsal Məmmədov və Rəhman İmami kömək edəcəklər. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov icra edəcək.

“Sabah” – “Beşiktaş” qarşılaşması mayın 13-də, saat 18:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Oyundan əldə ediləcək gəlir Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlər üçün göndəriləcək.

0
0

Həmçinin baxa bilərsiniz

İdman

“Çelsi”nin yeni baş məşqçisi kim olacaq?

  • 21 Aprel 2023 - 20:41
Yulian Nagelsmann artıq “Çelsi”nin yeni baş məşqçisi postu uğrunda yarışdan geri çəkilib. Bu barədə insayder Fabrisio Romano məlumat yayıb. Onun
İdman

“Formula-1”: Azərbaycan Qran Prisinin əsas tribunasının biletləri tamamilə satıldı

  • 21 Aprel 2023 - 20:45
“Formula-1” üzrə Azərbaycan Qran Prisinin Abşeron tribunasının bütün sektorlarına biletlərin hamısı satılıb. Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) verilən məlumata