Dünya

Zibil atmağa görə hədiyyə veriləcək

Məişət tullantılarını lazımi yerlərə atacaq Belçika sakinləri kommunal xidmətlərə endirim, muzeyə pulsuz bilet və ya mağazalarda müəyyən əşya ilə dəyişdirilə bilən xüsusi çeklər əldə edə biləcəklər.

 “Unikal” xəbər verir ki, çeki əldə etmək üçün xüsusi proqram yükləməli və onun vasitəsilə atılan zibillərin görüntüsünü çəkmək lazımdır.

Məlumata görə, digər Avropa ölkələri də küçələrdə tullantıların miqdarını azaltmağa çalışırlar. Məsələn, ötən il İtaliyada zibilin avtomobilin pəncərəsindən atılmasına görə cərimə ikiqat artırılıb. İndi bu pozuntunun törədildiyi yerdən asılı olaraq 216 avrodan 866 avroya qədər cərimə yazıla bilər. Avtomobilin pəncərəsindən atılan siqaret kötüyü isə sürücüyə 56-204 avroya başa gələcək.

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin