Müharibə

Hərbi attaşelər Ermənistan silahlı qüvvələrinin təxribatı barədə məlumatlandırılıblar – FOTO/VİDEO

Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Azərbaycanda akkreditə olunmuş xarici hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndələri üçün brifinq keçirilib.

Bu barədə nazirlikdən məlumat verilib.

Brifinqdə çıxış edən Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov mayın 10-dan başlayaraq Ermənistan silahlı qüvvələri bölmələrinin Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutmaqla qəsdən təxribat törətməsi barədə xarici ölkələrin hərbi nümayəndələrinə ətraflı məlumat verib.

Bildirilib ki, mayın 11-i və 12-də qarşı tərəf təxribatlarını genişləndirərək vəziyyəti daha da gərginləşdirmək məqsədilə iriçaplı silahlar, minaatanlar, daha sonra isə “D-30” toplarından istifadə etməklə mövqelərimizi intensiv atəşə tutub. Qeyd edilib ki, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisindəki bir neçə mövqeyinə qarşı müxtəlif istiqamətlərdən zərbə PUA-ları da tətbiq edilib.

Xarici nümayəndələrə Ermənistan silahlı qüvvələrinin təxribatlarını əks etdirən videogörüntülər təqdim olunub.

Nümayəndələri maraqlandıran suallar cavablandırıldıqdan sonra onlara PUA-ların qalıqları əyani nümayiş etdirilib.

0
0

Həmçinin baxa bilərsiniz

Müharibə

MN: Laçın istiqamətində mövqelərimiz atəşə tutulub

  • 23 Aprel 2023 - 17:41
Aprelin 23-ü saat 15:10 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Qarakilsə rayonunun Qızılcıq yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun
Müharibə

Rusiyanın Ukraynadakı müharibədə itkiləri – Yenilənmiş SİYAHI + FOTO

  • 23 Aprel 2023 - 17:54
Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Qeyd olunub