Bakının Suraxanı rayonunda körpənin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, Zığ şosesində iki avtomobilin toqquşması nəticəsində 2023-cü il təvəllüdlü sərnişin xəsarət alıb. Yaralı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ təpə nahiyəsinin sınığı diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.