ATA Alyansının prezidentliyə namizədi Sinan Oğanın səs verdiyi qutuda ən çox səsi Millət Alyansının (CHP) prezidentliyə namizədi Kamal Kılıçdaroğlu alıb.
“SizinZaman” xəbər verir ki, bu barədə Türkiyənin “Cumhuriyet” qəzeti yazıb.
Oğanın səs verdiyi Ankaranın Çankaya rayonundakı Kocatepe Memar Kamal Anadolu Liseyində 1276 saylı seçki qutusunda verilən 331 səsdən 3-ü etibarsız sayılıb. Siyahıyaalma nəticələrinə görə, Kamal Kılıçdaroğlu 278 səslə birinci olub.
Prezidentliyə namizədlər arasında Rəcəb Tayyib Ərdoğan 36, Sinan Oğan 14 səs toplayıb, Məhərrəm İncəyə isə səs verilməyib.