Cəmiyyət

Ağstafadakı partlayışda xəsarət alanların vəziyyəti AÇIQLANDI – YENİLƏNİB

Ağstafada baş verən partlayış nəticəsində xəsarət alanlardan birinin vəziyyəti ağır olduğundan Bakıya aparılıb.

APA-nın məlumatına görə, ağır yanıq xəsarəti alan Bakı şəhər sakini 1976-ci il təvəllüdlü Əlihüseyn Həsənovdur.

O paytaxtda yerləşən xəstəxanaların birinə aparılıb.

1985-ci il təvəllüdlü İradə Rzayeva Tovuz Rayon Mərkəzi Xəstəxanasına aparıılıb.

Qeyd edək ki, hadisə rayonun Tatlı kəndində baş verib.

21:20

Ağstafa rayonunun Tatlı kəndində qaz sızması nəticəsində fərdi evdə partlayış olub, biri uşaq olmaqla 6 nəfər xəsarət alıb.

“Report”un məlumatına görə, fərdi evdə baş vermiş partlayış nəticəsində 1976-cı il təvəllüdlü Həsənov Əlihüseyn Fazil oğlu, 1985-ci il təvəllüdlü Rzayeva İradə Zakir qızı, 2009-cu il təvəllüdlü Rzayeva Soma Emin qızı, 2002-ci il təvəllüdlü Məmmədli Məryəm Ramin qızı, 1995-ci il təvəllüdlü Qasımlı Soldoz Ramiz qızı və 2 yaşlı oğlan uşağı xəsarət alıblar.

Zərərçəkənlər xəstəxanaya aparılıb, onlardan üçü ambulator yardım aldıqdan sonra evə buraxılıb.

Digərlərinin vəziyyəti isə ağır və orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

18:31

Ağstafada qaz sızmasından partlayış olub.

Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Tatlı kəndində qeydə alınıb.

Partlayış nəticəsində 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin kafi olduğu bildirilir.

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər