Kriminal

Azərbaycanda 13 yaşlı qardaşı qızını qaçırıb təcavüz edən şəxsə hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində 13 yaşlı qardaşı qızını oğurlayaraq Yevlaxdan Bakıya gətirən və ona təcavüz edən əmiyə hökm oxunub.

“Qafqazinfo” xəbər verir ki, məhkəmə 1978-ci il təvəllüdlü E.Mustafayevi Cinayət Məcəlləsinin 144.3, 149.3.3 və 150.3.3-cü (adam oğurluğu, zorlama, seksual xarakterli zorakılıq əməlləri) maddələri ilə təqsirli bilib. 45 yaşlı şəxsə 14 il müddətinə həbs cəzası verilib. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Bildirilir ki, hadisənin üstü 2021-ci ilin dekabrında Yevlaxda 13 yaşlı qızın itkin düşməsindən sonra açılıb. Həmin vaxt qızın valideynləri polisə müraciət edərək itkin düşmə barədə məlumat veriblər. Bir müddət sonra yeniyetmə qızın əmisi ilə Bakıya gəlməsi və E.Mustafayevin paytaxtda kirayə tutduğu evdə birgə yaşaması məlum olub. Polis əməkdaşları onların yerini müəyyən edərək qızı tapıb və ailəsinə təhvil veriblər.

Araşdırmalar zamanı əmisinin məktəbli qızı aldadaraq paytaxta gətirməsi və çirkin əməllərini Bakıda da davam etdirməsi məlum olub.

O da məlum olub ki, hadisəni törədən E.Mustafayev əvvəllər evli olub və 1 övladı var. O, boşandıqdan sonra övladı anası ilə birgə qalıb. Polislər E.Mustafayevi kirayə tutduğu evdə saxlayarkən o, intihara cəhd edib.

0
0

Həmçinin baxa bilərsiniz

Kriminal

Olimpiya çempionunun məhkəməsində şahid: “Ərim yalan ifadə verməyim üçün mənə hədə-qorxu gəldi”

  • 26 Aprel 2023 - 14:53
Azərbaycanın tanınmış güləşçisi, yeniyetmələr arasında olimpiya çempionu, I Avropa Oyunları, Avropa və dünya çempionatının mükafatçısı Elman Muxtarovun cinayət işi üzrə
Kriminal

Prokuror FHN-də intim videolar çəkən polkovnikə cəza istədi

  • 26 Aprel 2023 - 16:33
Bakı Ağır Cinayətlər Məhkəməsində Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəisinin sabiq köməkçisi, həbsdə olan polkovnik Zaur Mirzəyevin