Dünya

Corc Sorosun ölüm xəbəri təsdiqini tapmayıb

Tanınmış iqtisadçı, amerikalı multimilyarder, investor Corc Sorosun ürək tutmasından vəfat etdiyi barədə xəbər öz təsdiqini tapmayıb.

Xəbərin mənbəyi kimi göstərilən “Politics For All Ireland” “Twitter” hesabı absurd paylaşımlar yerləşdirən hesabdır.

Qərbin nüfuzlu KİV-ində Sorosun ölümü ilə bağlı heç bir xəbər yoxdur.

Bu məlumatı məşhur amerikalı bloqer Mett Uolles və “WorldBulletin” nəşri təsdiqləyib.

Soros qlobalizm və “qızıl milyard” ideyalarının müəlliflərindən biri hesab olunur və eyni zamanda rəngli inqilabların əsas təşkilatçısı və sponsoru kimi tanınır.

Bir çox internet istifadəçiləri onun ölümü ilə bağlı şayiələrə inanmırlar. Onlar məşhur “Reuters” agentliyinin 2013-cü ildə çox xoşagəlməz nekroloqda milyarderin ölümünü necə elan etdiyini, lakin 30 dəqiqədən sonra məqaləni sildiyini xatırladıblar.

Mənbə: Haber Global

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin