Cəmiyyət

İşğaldan azad edilmiş ərazilərə avtobus reysləri təxirə salınıb? – AÇIQLAMA

Sosial şəbəkələrdə yayılan məlumatlara görə, işğaldan azad olunan ərazilərə müntəzəm avtobus marşrutları hava şəraiti ilə əlaqədar təxirə salınıb.

Məsələ ilə bağlı “Trend”in sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, müntəzəm avtobus marşrutları ilə işğaldan azad edilən ərazilərə səfərlər qrafikə uyğun olaraq davam etdirilir.

Qeyd edək ki, Şuşa və Ağdam şəhərlərinə ilk müntəzəm avtobus marşrutları 2022-ci il yanvarın 24-də istifadəyə verilib. Füzuli istiqamətində isə ilk müntəzəm avtobus reysi 25 iyun tarixində həyata keçirilib. Ötən ay Tərtər rayonunun Talış kəndində məskunlaşan əhalinin nəqliyyat xidmətlərinə olan tələbatını ödəmək üçün marşrut açılıb. İlk mərhələdə marşrut “Şıxarx” qaçqın şəhərciyindən başlamaqla Talış kəndi istiqamətində Tərtər şəhərinin mərkəzi bazarı, avtovağzal, Seydimli, Çaylı və Suqovuşan kəndləri aralıq dayanacaqlarından keçməklə təşkil olunub. Hazırda sərnişinlərə bir kiçiktutumlu nəqliyyat vasitəsilə xidmət göstərilir və gün ərzində iki reys həyata keçirilir.

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər