Kriminal

Ordubadda 20 il əvvəl bacısını öldürüb basdırmaqda təqsirləndirilən şəxs həbs olunmayıb

Naxçıvanda 20 il əvvəl bacısını öldürüb, meyiti həyətdəki quyuda basdırmaqda təqsirləndirilən Elman Tarverdiyevin cinayət işi üzrə istintaq davam edir.

APA-nın əldə etdiyi xəbərə görə, qanunun tələbinə uğun olaraq cinayətin törədildiyi vaxtdan 20 il keçdiyini göstərən ilkin məlumatlara əsasən, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı prokuror tərəfindən məhkəməyə təqdimat verilməyib.

Qeyd edək ki, əvvəlki dövrdən qalmış cinayətin üstünün açılması ilə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.

Aparılan araşdırmalarla Ordubad rayonunun Xurs kənd sakini, 1967-ci il təvəllüdlü Elman Tarverdiyevin 2003-cü ildə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bacısı Məlahət Tarverdiyevanı qəsdən öldürərək yaşadığı evin həyətində basdırmasına əsaslı şübhələr müəyyən olunub. Meyit basdırıldığı yerdən qazılaraq çıxarılıb və ekspertiza təyin edilərək müayinəsi aparılıb.

Faktla bağlı Ordubad Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

0
0

Həmçinin baxa bilərsiniz

Kriminal

Olimpiya çempionunun məhkəməsində şahid: “Ərim yalan ifadə verməyim üçün mənə hədə-qorxu gəldi”

  • 26 Aprel 2023 - 14:53
Azərbaycanın tanınmış güləşçisi, yeniyetmələr arasında olimpiya çempionu, I Avropa Oyunları, Avropa və dünya çempionatının mükafatçısı Elman Muxtarovun cinayət işi üzrə
Kriminal

Prokuror FHN-də intim videolar çəkən polkovnikə cəza istədi

  • 26 Aprel 2023 - 16:33
Bakı Ağır Cinayətlər Məhkəməsində Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəisinin sabiq köməkçisi, həbsdə olan polkovnik Zaur Mirzəyevin