Dünya

Türkiyədə prezident seçkisinin ikinci turunun təqvimi açıqlandı – FOTO

Türkiyədə prezident seçkisinin ikinci turu üçün bülletenlərin forması açıqlanıb.

Ali Seçki Şurasından (YSK) bildirilib ki, əvvəlki qaydada sənədlərdə birinci Ərdoğanın adı yazılacaq.

Həmçinin, qurumdan prezident seçkinin ikinci turunun təqvimi də açıqlanıb.

Məlumata görə, ikinci tur üçün namizədlərin təbliğat kampaniyası mayın 16-da başlayacaq. Mayın 20-dən 24-dək gömrük-keçid məntəqələrində və xarici ölkələrdə səsvermə baş tutacaq. Ayın 27-də təbliğat başa çatacaq, ertəsi gün isə səsvermə keçiriləcək.

Seçkinin müvəqqəti nəticələri mayın 29-da, yekun nəticələri isə iyunun 1-də məlum olacaq.

Mənbə: Haber Global

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin