Cəmiyyət

Ağstafada qohumlar bir-birini bıçaqladı: Xəsarət alanlar var – VİDEO

Ağstafada bir müddət əvvəl qətlə yetirilən 13 yaşlı Cavanşir Bədirovun ailəsi və qohumları arasında mübahisə düşüb.

Xezerxeber.az xəbər verir ki, mübahisə sonradan kütləvi davaya çevrilib.

Hadisə rayonun Poylu qəsəbəsində baş verib. İddia edilir ki, dava zamanı dünyasını dəyişmiş yeniyetmənin əmisi 52 yaşlı Elşən Bədirov qardaşı oğlu, 33 yaşlı Camal Bədirovun baş nahiyəsinə kəsici-deşici alətlə xəsarətlər yetirib.

Camalın qardaşı Məhəmməd isə Elşənin oğlu, 25 yaşlı  Elbrusa kəsici-deşici alətlə daxilə nüfuz edən xəsarətlər yetirib. Yaralılar xəstəxanaya yerləşdirilib.

Xəsarət alan Elbrus dərhal əməliyyat olunub.

Qətlə yetirilən yeniyetmənin anası iddia edir ki, hadisə söyüş üstündə baş verib.

Elşən və Məhəmməd Bədirovlar polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Daha ətraflı süjetdə:

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər