Cəmiyyət

Şabranda qidadan zəhərlənənlər arasında Türkiyə vətəndaşları da var – YENİLƏNİB

Şabranda qidadan zəhərlənənlərin ikisi Türkiyə vətəndaşıdır.

“Report”un xəbərinə görə, bu barədə Şabran Rayon Mərkəzi Xəstəxanasının şöbə müdiri İmanqulu İbrahim məlumat verib.

Onun sözlərinə görə, axşam saatlarında dəmir yolu xətti tikintisində işləyən işçilər qusma, halsızlıq, baş ağrıları əlamətləri ilə xəstəxanaya müraciət ediblər.

Təcili Tibbi Yardım şöbəsində onların hamısına yardım olunub. Vəziyyətləri kafi qiymətləndirilir.

Zərərçəkənlərin digərləri yerli vətəndaşlardır.

20:42

Şabranda kütləvi zəhərlənmə olub, 9 nəfər zəhərlənib.

“Report”un məlumatına görə, Şabran şəhərində fəaliyyət göstərən tikinti şirkətlərindən birinin işçiləri nahar fasiləsi zamanı yedikləri yeməkdən sonra özlərini pis hiss ediblər.

Təcili tibbi yardım briqadasının köməyilə 9 nəfər Şabran Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Hazırda onların hansı şəraitdə zəhərləndiyi dəqiqləşdirilir.

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər