Bu gün Azərbaycan Premyer Liqasında 34-cü tura yekun vurulacaq.
Oxu.Az xəbər verir ki, təxirə salınmış oyunda “Sabah” “Sumqayıt”ın qonağı olacaq.
Hazırda paytaxt klubu 77 xalla 2-ci, “gənclik şəhəri” təmsilçisi isə 28 xalla 8-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, qarşılaşma “Sabah”ın 13 mayda Türkiyənin “Beşiktaş” klubu ilə keçirdiyi xeyriyyə matçına (3:3) görə əvvəlcədən nəzərdə tutulduğu kimi mayın 14-də keçirilməyib.
Azərbaycan Premyer Liqası
34-cü tur
17 may
19:30. “Sumqayıt” – “Sabah”
Hakimlər: Cavid Cəlilov, Rahil Ramazanov, Kamran Bayramov, Rauf Allahverdiyev
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
“Kapital Bank Arena”.
Xatırladaq ki, turun əvvəlki oyunlarında “Zirə” evdə “Kəpəz”lə, “Neftçi” “Şamaxı” ilə 1:1 hesablı sülhə razılaşıb, “Turan Tovuz” Qəbələdə eyniadlı komandanı 2:1, “Qarabağ” rəqib meydanında “Səbail”i 3:0 hesabı ilə məğlub edib.