Hadisə

Şabranda üzərindən “KamAZ” keçən şəxs xəstəxanada ölüb – YENİLƏNİB

Şabranda üzərindən “KamAZ” keçməsi nəticəsində ağır yaralanan şəxs xəstəxanada ölüb. “Report”un Şimal bürosunun məlumatına görə, rayon ərazisində “Kolin İnşaat” şirkəti tərəfindən həyata keçirilən dəmir yol xətti inşası zamanı üzərindən “KamAZ” markalı yük avtomobilinin keçməsi nəticəsində ağır yaralanan Rüstəm Ağacan oğlu Rüstəmov paytaxtdakı xəstəxanaya aparılsa da, həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.Faktla bağlı araşdırma aparılır.18:28Şabran rayonunda dəmir yolu xəttinin inşası zamanı bədbəxt hadisə baş verib.“Report”un Şimal bürosunun məlumatına görə, “KamAZ” markalı yük avtomobili həmin ərazidə çalışan işçi, 1992-ci il təvəllüdlü Rüstəmov Rüstəm Ağacan oğlunun üzərindən keçib.Nəticədə R.Rüstəmov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şabran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.Onun xəsarətləri ağır olduğuna görə paytaxtdakı xəstəxanaların birinə göndərilib.Faktla bağlı araşdırma aparılır.

0
0

Həmçinin baxa bilərsiniz

Hadisə

Qusarda qanunsuz fəaliyyət göstərən taxta sexləri aşkarlanıb

  • 21 Aprel 2023 - 18:37
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 19-da Qusar rayonunun
Hadisə

Lənkəranda avtomobil yeniyetmə bacı və qardaşı vurub – FOTO

  • 21 Aprel 2023 - 18:46
Lənkəranda avtomobil yeniyetmə bacı və qardaşı vurub. “Report”un cənub bürosu xəbər verir ki, hadisə rayonun Sütəmurdov kəndi ərazisində baş verib.