İdman

Azərbaycan güləşçiləri Astanada daha səkkiz medal qazanıblar – FOTO

Astanada Qazaxıstanın olimpiya və dünya çempionu Jaksılık Uşkempirovun xatirəsinə güləş üzrə gənclər arasında (U-20) keçirilən beynəlxalq turnirə yekun vurulub.

Oxu.Az xəbər verir ki, memorialın son günündə güləşçilərimiz 8 medal qazanıb.

İlkin Qurbanov (60 kq) və Kənan Abdullazadə (67 kq) çempion olub. Əli Quliyevlə (87 kq) Məzaim Mərdanov (130 kq) gümüş, Təvəkgül Həziyev (67 kq), Rəvan Nuriyev, Aqil Musayev (hər ikisi 77 kq) və Etibar Rzayev (87 kq) isə bürünc medal əldə edib.

Bir gün öncə isə Ruslan Nurullayev (72 kq) 1-ci, İsmayıl Rzayev (82 kq) 2-ci, Fərid Sadıxlı (55 kq) isə 3-cü yeri tutub.

Qeyd edək ki, ənənəvi yarışda beynəlxalq dərəcəli hakim Əli Babayev ədaləti qoruyub.

0
0

Həmçinin baxa bilərsiniz

İdman

“Çelsi”nin yeni baş məşqçisi kim olacaq?

  • 21 Aprel 2023 - 20:41
Yulian Nagelsmann artıq “Çelsi”nin yeni baş məşqçisi postu uğrunda yarışdan geri çəkilib. Bu barədə insayder Fabrisio Romano məlumat yayıb. Onun
İdman

“Formula-1”: Azərbaycan Qran Prisinin əsas tribunasının biletləri tamamilə satıldı

  • 21 Aprel 2023 - 20:45
“Formula-1” üzrə Azərbaycan Qran Prisinin Abşeron tribunasının bütün sektorlarına biletlərin hamısı satılıb. Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) verilən məlumata