İdman

Orxan Səfərov millidən kənarlaşdırıla bilər

Orxan Səfərov əvvəlki formasında deyil və hazırda inkişaf etmir. Onun yığmadan uzaqlaşdırılması məsələsinə gəldikdə, hər şey ola bilər. İdmançının motivasiyası yüksək olmalıdır. Lakin biz artıq bunu onda görmürük.

“Unikal” xəbər verir ki, bunu jurnalistlərlə görüşündə Azərbaycan Cüdo Federasiyasının (ACF) baş katibi Rəşad Rəsullu deyib.

Milli komandamızın üzvü Hidayət Heydərovun çox istedadlı idmançı olduğunu bildirən baş katib qeyd edib ki, o dünya çempionatında zədələnsə də, bunu nə bizə, nə də hakimlərə bildirməyib. Lakin çempionatın səhəri günü onun belində ikinci dərəcəli yırtıq olduğu müəyyən edilib. Bu səbəbdən cüdoçu bir müddət məşqlərə davam edə bilməyəcək.

0
0

Həmçinin baxa bilərsiniz

İdman

“Çelsi”nin yeni baş məşqçisi kim olacaq?

  • 21 Aprel 2023 - 20:41
Yulian Nagelsmann artıq “Çelsi”nin yeni baş məşqçisi postu uğrunda yarışdan geri çəkilib. Bu barədə insayder Fabrisio Romano məlumat yayıb. Onun
İdman

“Formula-1”: Azərbaycan Qran Prisinin əsas tribunasının biletləri tamamilə satıldı

  • 21 Aprel 2023 - 20:45
“Formula-1” üzrə Azərbaycan Qran Prisinin Abşeron tribunasının bütün sektorlarına biletlərin hamısı satılıb. Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) verilən məlumata