Siyasət

Güney azərbaycanlı siyasi məhbus Amerika Yazıçılar Assosiasiyasının mükafatına layiq görüldü

Zəngan (Zəncan) şəhərindən olan yazıçı və hüquq müdafiəçisi Nərgiz Məhəmmədi Amerika Yazıçılar Assosiasiyasının mükafatına layiq görülüb.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər yayıb.

Bildirilir ki, siyasi məhbus “Yazı Azadlığı Mükafatı”na layiq görülüb. Mükafat Nyu-York şəhərində keçirilən toplantıda onun həyat yoldaşı Təqi Rəhmaniyə təqdim edilib.

Tədbirdə Nərgiz Məhəmmədinin mesajı da çatdırılıb. Hazırda İranda həbsxanada təkadamlıq kamerada saxlanılan güney azərbaycanlı hüquq müdafiəçisi misoqinist (qadınlara nifrət edən mənasında – red.), repressiv və teokratik rejimi devirməyə çağırış edib.

Qeyd edək ki, Nərgiz Məhəmmədi bundan əvvəl BMT-nin Təhsil, Elm və Mədəniyyət məsələləri üzrə Təşkilatının (UNESCO) Gilyermo Kano adına Dünya Mətbuat Azadlığı Mükafatına layiq görülüb.

0
0

Həmçinin baxa bilərsiniz

Siyasət

“Danışaq?” layihəsinin növbəti qonağı Umayra Tağıyeva: Azərbaycanda su tükənir? – VİDEO

  • 21 Aprel 2023 - 20:27
Jurnalist Həmid Həmidov “Danışaq?” verilişinin yeni buraxılışında izləyicilərə növbəti maraqlı müsahibə təqdim edib. Ənənəvi cümə podkastının budəfəki qonağı Azərbaycanın ekologiya
Siyasət

Erməni təxribatıları davam edir: “Dəmir yumruq” yenidən işə düşə bilər

  • 23 Aprel 2023 - 16:39
Ermənistan hər vəchlə Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar olunmasına maneə törədir. Rəsmi İrəvan özünü sülh qaranquşu kimi təqdim etsə də,