Cəmiyyət

Qobustan yolları nə qədər pul “yeyib”?

Qobustan Rayon İcra Hakimiyyəti Cəmcəmli kəndinə gedən avtomobil yolunun əsaslı təmirinə 496.034,83 AZN xərcləyəcək.

Qaynarinfo xəbər verir ki, icra hakimiyyəti bununla bağlı tenderə yekun vurub. Tenderin qalibi “Aztimont” Açıq Səhmdar Cəmiyyəti (ASC) seçilib. 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, “Aztimont” ASC 20 iyul 2005-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 50 432 AZN olan şirkətin hüquqi ünvanı Sabirabad rayonu Qalağayn kəndində yerləşir. ASC-nin qanuni təmsilçisi Veysəlov Nəriman Mikayıl oğludur. 

Araşdırmalrımız zamanı məlum olub ki, “Aztimont” ASC əvvəllər “Azərtikinti-Quraşdırma-Servis-23” ASC adı altında fəaliyyət göstərib.

Maraqlıdır ki, Qobustan Rayon İcra Hakimiyyəti 2020-2021-ci illərdə “Aztimont” ASC ilə satınalma müqaviləsi imzalayıb. 

2021-ci ilin avqustunda bağlanan və maliyyə dəyəri 62.999,94 AZN təşkil edən müqavilədə Qobustan rayonunda Bəklə-Nabur yolunun 1 km hissəsinin təmiri və tikintisi ilə bağlı olub. 

1 ay sonra icra hakimiyyəti yenə də Bəklə-Nabur yolunun 1 km hissəsinin təmiri və tikintisi ilə bağlı şirkətlə maliyyə dəyəri  99.010,97 AZN təşkil edən müqavilə bağlayıb. Beləliklə, 1 km yolun təmiri və tikintisi 162 min manata başa gəlib.

2020-ci ilin mayında icra hakimiyyəti yolların əsaslı təmiri ilə bağlı şirkətlə maliyyə dəyəri 591.925,97 AZN təşkil edən müqavilə imzalayıb. 

2021-ci ilin oktyabrında isə icra hakimiyyəti növbəti dəfə yolların təmirinə ehtiyac görüb və şirkətlə 590.390,52 AZN təşkil edən müqavilə imzalayıb. 

Beləliklə, Qobustan Rayon İcra Hakimiyyəti 2020-ci ildən bu yana yolların təmirinə 1 840 362, 23 AZN xərcləyib. 

Rayon sakinləri isə yolların heç də standartlara cavab vermədiyini bildirir. O zaman belə qənaət yaranır ki, ya iş keyfiyyətsiz görülüb, ona görə də hər demək olar ki, hər il yolların təmirinə ehtiyac yaranıb, ya da ortada korrupsiya əməliyyatı var. 

Qobustan Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayaraq bu tenderlərdəki qaranlıq məqamlara aydınlıq gətirmək istəsək də, mümkün olmadı.

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər