Ümumiyyətlə, hələ sülhdən danışmaq tezdir, Brüssel görüşü sadəcə mütləq sülhə aparan yolda bir addım da irəliyə getməkdir.Sülhün davamlılığını təmin etmək üçün Azərbaycan Ermənistanı hərbisizləşdirən bəndləri razılaşmaların mətninə daxil etdirə bilər. Avropa İttifaqının məxfi və regional xəritəni dəyişəcək ambisiyalı gündəliyi yoxdur, ona görə də həmin istiqamətdəki müzakirələr üçün ən yaxşı platforma elə Brüsseldir.Brüssel formatının Qərbin maraqlarına xidmət edən davamı Moldovanın paytaxtı Kişineuda gerçəkləşəcək. Belə ki, liderlər Avropa Siyasi Birliyi sammiti çərçivəsində iyunun 1-də Moldovada bir araya gəlməyi planlaşdırır.Bu, Ermənistanın Qərbdə də populyarlığının azalması tendensiyası fonunda maraqlı bir mənzərə yaradır, lakin gözlər həm də Rusiyaya dikilib.Düzdür, Rusiya mərkəzli danışıqlar da heyrətamiz mənzərə çıxarmayacaq, lakin bu, Qərbdəki razılaşmaların Kreml saatı ilə tutuşdurulması baxımından önəmə sahibdir.Proqnozlara gəlincə, Azərbaycan şərtlərini gücləndirmək üçün Paşinyanın qeyri-müəyyən mövqeyindən istifadə edərək ona dərs verəcək. Azərbaycan Ermənistanın sülhlə bağlı addımlarındakı real və manipulyasiyaedici mövqeləri fərqləndirərək sərhəddəki məqsədlərini irəlilədəcək
Brüsseldə Paşinyana sancılan oxlar – “Kaspi”nin TƏHLİLİ
