Siyasət

Azərbaycanlı deputatlar Türkiyədə seçkiyə hazırlıqla tanış olacaqlar

Milli Məclisin bir qrup deputatı Türkiyədə prezident seçkisinin mayın 28-də keçiriləcək ikinci mərhələsinə hazırlıqla tanış olmaq üçün bu ölkəyə səfər ediblər.

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, deputatlar Hikmət Məmmədov, Fatma Yıldırım, Mahir Abbaszadə, Elman Nəsirov, Sahib Alıyev İzmir şəhərində, Tahir Rzayev, Aydın Mirzəzadə, Rəşad Mahmudov, Sevil Mikayılova Antalya şəhərində, Musa Quliyev, Elşad Mirbəşiroğlu, Vüqar İskəndərov, Ceyhun Məmmədov, Arzu Nağıyev, Ramil Həsən İstanbul şəhərində prezident seçkisinin ikinci turuna hazırlıq və prosesin gedişi ilə tanış olacaqlar.

Deputat Ramil Həsən bu məqsədlə Antalya şəhərinə də səfər edəcək.

0
0

Həmçinin baxa bilərsiniz

Siyasət

“Danışaq?” layihəsinin növbəti qonağı Umayra Tağıyeva: Azərbaycanda su tükənir? – VİDEO

  • 21 Aprel 2023 - 20:27
Jurnalist Həmid Həmidov “Danışaq?” verilişinin yeni buraxılışında izləyicilərə növbəti maraqlı müsahibə təqdim edib. Ənənəvi cümə podkastının budəfəki qonağı Azərbaycanın ekologiya
Siyasət

Erməni təxribatıları davam edir: “Dəmir yumruq” yenidən işə düşə bilər

  • 23 Aprel 2023 - 16:39
Ermənistan hər vəchlə Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar olunmasına maneə törədir. Rəsmi İrəvan özünü sülh qaranquşu kimi təqdim etsə də,