Dünya

Çin Yaponiyanın səfirini XİN-ə çağırdı

Yaponiyanın Çindəki səfiri G7 sammitində Çinlə bağlı məsələlərə görə bu ölkənin xarici işlər nazirliyinə (XİN) çağırılıb. “Unikal” xəbər verir ki, bu barədə Çinin XİN rəhbərinin müavini Sun Veidonq açıqlayıb.

O, Yaaponiyanın hərəkətlərinin Çinin suverenliyinə, təhlükəsizliyinə, eləcə də inkişaf maraqlarına zərər vurduğunu və Pekinin bu hərəkətlərdən qəti narazı olduğunu və buna qəti şəkildə etiraz etdiyini bildirib.Qeyd edək ki, dünyanın aparıcı dövlətlərinin başçıları Yaponiyanın Xirosima şəhərində keçirilən görüşdə Şərqi Çin və Cənubi Çin dənizlərində artan gərginlikdən ciddi narahat olduqlarını, həmçinin Çində, o cümlədən Tibetdə və digər ölkələrdə insan haqlarının vəziyyətindən narahat olduqlarını qeyd ediblər.

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin