Cəmiyyət

Dövlət sərhədini pozmağa cəhd göstərən hindistanlı saxlanıldı

Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin еtibarlı mühafizəsinin təmin edilməsi və qеyri-lеqal miqrasiyaya qarşı mübarizə tədbirləri davam еtdirilir.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən “Unikal”a verilən məlumata görə, may ayının 22-də saat 00:45-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində, Azərbaycan Respublikasından İran İslam Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən Hindistan Respublikası vətəndaşı 1976-cı il təvəllüdlü Harminder Singh saxlanılıb.

Araşdırma zamanı saxlanılan şəxsin ölkə ərazisinə rəsmi qaydada gəlməsi, dövlət sərhədini pozaraq Azərbaycandan İrana qeyri-qanuni yolla keçmək niyyətində olduğu müəyyən edilib.

Fakt üzrə araşdırma tədbirləri davam etdirilir.

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər