Cəmiyyət

İpoteka krediti əldə edən zaman ən çox girov qoyulan əmlaklar

Ölkəmizdə ipoteka krediti əldə edən zaman daha çox daşınmaz əmlak girov olaraq rəsmiləşdirilir. Belə ki, bir çox vətəndaşlar yaşayış evi və ya mənzil almaq üçün ipoteka kreditinə müraciət edirlər. Daşınmaz əmlakların girov predmeti olması isə bu bazarın canlanmasına səbəb olur.

Bu barədə Oxu.Az-a Əmlak Məsələləri Üzrə Dövlət Komitəsindən bildirilib.

Bu sahə üzrə 2023-cü ilin yanvar-aprel aylarının statistikasına nəzər yetirək.

2023-cü ilin yanvar-aprel ayları ərzində bağlanan ipoteka müqavilələrinin sayı

2023-cü yanvar-aprel ayları ərzində ölkəmizdə 24769 daşınmaz əmlak üzrə ipoteka müqaviləsi qeydə alınıb. Bu, 2022-ci ilin müvafiq hesabat dövrü ilə müqayisədə 2668 və ya 12,1% çox olub.  

2023-cü ilin yanvar-aprel ayları ərzində ən çox girov qoyulan daşınmaz əmlaklar

Hesabat dövrü ərzində Azərbaycanda girov qoyulan əmlaklar sırasında mənzillər, torpaq sahələri və fərdi yaşayış evləri olub. Ən çox girov qoyulan daşınmaz əmlak isə mənzillərdir. Belə ki, 2023-cü ilin ilk dörd ayı ərzində 13510 mənzil üzrə ipoteka müqaviləsi bağlanılıb. Hesabat dövründə girov qoyulmuş ümumi 24769 əmlakdan 5467-si torpaq sahəsinin, 3592-si isə fərdi yaşayış evinin payına düşüb.

2023-cü ilin yanvar-aprel ayları ərzində daşınmaz əmlak növləri üzrə ipoteka müqavilələri

Əmlak növləriMüqavilə sayıÜmumi göstəricidə payı (faizlə)
Mənzil1351054.5%
Torpaq sahəsi546722.1%
Fərdi yaşayış evləri359214.5%
Qeyri-yaşayış sahələri8583.5%
Qeyri-yaşayış binaları7002.8%
Bağ evləri4041.6%
Digərlər2381.0%
Ümumi24769100.0%

Daşınmaz əmlak üzrə ən çox ipoteka müqaviləsi paytaxt Bakıda bağlanıb

Bu ilin ilk 4 ayı ərzində paytaxtda ümumilikdə 12.602  ipoteka müqaviləsi bağlanılıb ki, bu da ölkə üzrə ümumi göstəricinin 50,9%-ni təşkil edir. Bakıdan sonra ən çox ipotekanın dövlət qeydiyyatı Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 4 saylı Abşeron (3305 müqavilə), 5 saylı Xaçmaz (1323 müqavilə), 2 saylı Sumqayıt (1263 müqavilə) və 3 saylı Gəncə ərazi idarələrində (1074 müqavilə) aparılıb. Bunu, həm də bölgədəki iqtisadi aktivliyin göstəricilərindən biri kimi qiymətləndirmək olar.

Sıra №Ərazi İdarələrinin adıİpoteka müqaviləsinin ümumi sayıÖlkə üzrə göstəricidə payı(faizlə)
1.1 saylı Bakı Ərazi İdarəsi1260250.9%
2.4 saylı Abşeron Ərazi İdarəsi330513.3%
3.5 saylı Xaçmaz Ərazi İdarəsi13235.3%
4.2 saylı Sumqayıt Ərazi İdarəsi12635.1%
5.3 saylı Gəncə Ərazi İdarəsi10744.3%
6.9 saylı Qəbələ Ərazi İdarəsi9443.8%
7.17 saylı Yevlax Ərazi İdarəsi5022.0%
8.14 saylı Şamaxı Ərazi İdarəsi4912.0%
9.13 saylı Şirvan Ərazi İdarəsi4681.9%
10.7 saylı Bərdə Ərazi İdarəsi4201.7%
11.10 saylı Lənkəran Ərazi İdarəsi3711.5%
12.11 saylı Şəmkir Ərazi İdarəsi3711.5%
13.6 saylı Beyləqan Ərazi İdarəsi3631.5%
14.12 saylı Şəki Ərazi İdarəsi3001.2%
15.15 saylı Tovuz Ərazi İdarəsi2931.2%
16.8 saylı Cəlilabad Ərazi İdarəsi2661.1%
17.18 saylı Zaqatala Ərazi İdarəsi2130.9%
18.16 saylı Ucar Ərazi İdarəsi2000.8%
Ölkə üzrə24769100%

Mənzillərin ən çox girov qoyulduğu bölgələr

Sıra №Ərazi İdarələriİpoteka müqaviləsinin sayıÖlkə üzrə göstəricidə payı(faizlə)
1.1 saylı Bakı Ərazi İdarəsi974872.2%
2.4 saylı Abşeron Ərazi İdarəsi199814.8%
3.2 saylı Sumqayıt Ərazi İdarəsi8456.3%
4.3 saylı Gəncə Ərazi İdarəsi3772.8%
5.17 saylı Yevlax Ərazi İdarəsi1741.3%
6.13 saylı Şirvan Ərazi İdarəsi1210.9%

Ayrı-ayrı əmlak növləri üzrə girovların ölkənin regionlar üzrə bölgüsünə nəzər saldıqda isə daha maraqlı nəticələr ortaya çıxır. Belə ki, 2023-cü ilin yanvar-aprel ayları ərzində ölkədə mənzillərin ən çox girov qoyulduğu ərazilər Bakı, Abşeron və Sumqayıtdır. Bütün girov qoyulan mənzillərin 93,2%-i bu üç ərazi idarəsinin payına düşür. Mənzillərin ən az girov qoyulduğu bölgələr isə 9 saylı Qəbələ (2 müqavilə), 14 saylı Şamaxı (4 müqavilə) və 18 saylı Zaqatala (8 müqavilə) ərazi idarələridir.

Fərdi yaşayış evlərinin ən çox girov qoyulduğu bölgələr

2023-cü ilin ilk dörd ayı ərzində girov qoyulan fərdi yaşayış evlərinin sayına görə paytaxt ilk yeri tutur. Ancaq bölgələrdə də bu kateqoriya üzrə aktivlik müşahidə olunur. Ölkənin bölgələrində fərdi yaşayış evlərinin ən çox girov qoyulduğu rayonlar 3 saylı Gəncə, 5 saylı Xaçmaz, 7 saylı Bərdə və 10 saylı Lənkəran ərazi idarələrinin yurisdiksiyalarında yerləşir.

Sıra №Ərazi İdarələriİpoteka müqaviləsinin sayıÖlkə üzrə göstəricidə payı(faizlə)
1.1 saylı Bakı Ərazi İdarəsi102728.6%
2.4 saylı Abşeron Ərazi İdarəsi63917.8%
3.3 saylı Gəncə Ərazi İdarəsi3068.5%
4.5 saylı Xaçmaz Ərazi İdarəsi2005.6%
5.7 saylı Bərdə Ərazi İdarəsi1704.7%
6.10 saylı Lənkəran Ərazi İdarəsi1524.2%

Torpaq sahələrinin ən çox girov qoyulduğu bölgələr

Hesabat dövrü ərzində ən çox torpaq sahəsinin girov qoyulduğu ərazilər sırasında ilk üçlüyü müvafiq olaraq 5 saylı Xaçmaz, 9 saylı Qəbələ və 4 saylı Abşeron ərazi idarələri tamamlayır. Torpaqların ən az girov qoyulduğu bölgələr isə 8 saylı Cəlilabad (62 müqavilə) və 16 saylı Ucar (71 müqavilə) ərazi idarələridir.

Sıra №Ərazi İdarələriİpoteka müqaviləsinin sayıÖlkə üzrə göstəricidə payı(faizlə)
1.5 saylı Xaçmaz Ərazi İdarəsi101418.5%
2.9 saylı Qəbələ Ərazi İdarəsi84715.5%
3.4 saylı Abşeron Ərazi İdarəsi56210.3%
4.1 saylı Bakı Ərazi İdarəsi5359.8%
5.14 saylı Şamaxı Ərazi İdarəsi4187.6%
6.3 saylı Gəncə Ərazi İdarəsi2895.3%
0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər