İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycan öz iqtisadiyyatını şaxələndirməyi hədəfləyir”

“Azərbaycan öz iqtisadiyyatını və ixracatını şaxələndirməyi hədəfləyir”.

“Report”un Vilnüsə ezam olunan müxbiri xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

“Azərbaycan iqtisadiyyatını və ixracatını şaxələndirməyi hədəfləyirik. Son 4 ildə qeyri-neft-qaz ixracımızı 2 dəfə artırmışıq”, – deyə nazir qeyd edib.

O əlavə edib ki, sənaye, nəqliyyat və yaşıl enerjiyə keçid sahələri Azərbaycan üçün prioritet istiqamətlərdir.

“Biz ənənəvi neft və təbii qaz ixracatçılarıyıq, indi də bərpa olunan enerji mənbələrinin ixracatçısına çevrilmək üçün çalışırıq”, – deyə M.Cabbarov qeyd edib.

Nazir Azərbaycanın strateji coğrafi mövqeyə malik olduğunu qeyd edib və bunun ölkəyə Mərkəzi Asiya, Gürcüstan və Türkiyə bazarlarına çıxış imkanı verdiyini vurğulayıb.

Bundan başqa, onun sözlərinə görə, Azərbaycan və Litva arasında “Sərmayələrin qorunması” və “Vergiqoymanın aradan qaldırılması” sazişlər kimi bir sıra hüquqi bazalar mövcuddur.

0
0

Həmçinin baxa bilərsiniz

İqtisadiyyat

Ərdoğan: “Faizlə bərabər, inflyasiyanın da azalacağını görəcəksiniz”

  • 21 Aprel 2023 - 20:46
“Bu ilin sonuna kimi inflyasiya problemini nəzarət altına alacağıq və gələn il də həll etmiş olacağıq”. Bu sözləri Türkiyə Prezidenti
İqtisadiyyat

Büdcəyə edilən dəyişikliklərdən sonra hansı xərclər artırılacaq? – AÇIQLAMA

  • 23 Aprel 2023 - 16:14
“Bu ilin birinci rübü üzrə dövlət büdcəsi gəlirlərinin proqnozdan artıq icra olunması 2023-cü ilin dövlət büdcəsinə yenidən baxılmasına zəmin yaradıb”.