Cəmiyyət

Naxçıvanda güclü yağış yağması bir sıra fəsadlara səbəb oldu – YENİLƏNİB + FOTO/VİDEO

Naxçıvanda güclü yağışın yaratdığı fəsadların növbəti kadrları yayılıb.

Oxu.Az həmin kadrları təqdim edir:

21:56

Naxçıvan şəhərində güclü yağış yağması bir sıra fəsadlara səbəb olub.

Bu barədə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən “Report”a məlumat verilib.

Qeyd olunub ki, nazirliyin “112” qaynar telefon xəttinə Naxçıvan şəhərində intensiv yağışlar nəticəsində bir neçə fərdi yaşayış evlərinin, yaşayış və inzibati binaların zirzəmilərini subasmaya məruz qalması barədə daxil olmuş məlumat əsasında əraziyə cəlb olunmuş Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə alayının və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması təmin edilir.

Hal-hazırda suyun çəkilərək kənarlaşdırılması davam etdirilir.

20:15

Bu gün axşam saatlarında Naxçıvana güclü leysan yağıb, dolu düşüb, küçələri su basıb.

“Report” xəbər verir ki, bəzi yerlərdə meyvə ağaclarına və təsərrüfatlara ciddi ziyan dəyib, nəqliyyatın hərəkəti çətinləşib.

Naxçıvan şəhərində qeyri-sabit hava şəraiti davam edir.

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər