Dünya

Pakistanda iki qız məktəbinə bombalı hücum edildi

Pakistanın Xayber Paxtunxva əyalətinin Şimali Vəziristan bölgəsində gecə saatlarında baş verən bombalı hücum nəticəsində iki qız məktəbi dağıdılıb. Hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib.

“Unikal” xəbər verir ki, səlahiyyətlilər silahlıların gecə saatlarında həyata keçirdiyi bombalı hücumda qızların təhsil aldığı iki məktəbin dağıdıldığını, ölən və yaralanan olmadığını açıqlayıb.

Hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib.

Səlahiyyətlilər hücumun arxasında Pakistan Talibanının (TTP) olduğunu güman edirlər.

Son aylar Pakistanda, xüsusən də Hayber Paxtunxva və Bəlucistan əyalətlərində terror hücumları artıb. İslamabad iddia edir ki, bu hücumlar Əfqanıstanda yerləşən Pakistan Talibanı (TTP) tərəfindən planlaşdırılıb və idarə olunub. Əfqanıstan bu iddiaları rədd edir.

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin