Dünya

Paşinyan oğlunun oğurlanması cəhdindən DANIŞDI

“Oğlum Aşot Paşinyanın şikayət ərizəsini geri götürməsini istəməmişəm, o, öz qənaəti ilə məni bu imkandan məhrum edib”. 

“Unikal” erməni mətbuatına istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan mayın 22-də İrəvanda keçirdiyi mətbuat konfransında oğlu Aşot Paşinyanın qaçırılması ilə bağlı məsələyə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, hadisə baş verən zaman o, ölkədə olmayıb və gələn kimi artıq hüquqi prosedurlara başlanılıb:

“Səfərdən qayıdandan sonra oğlum məndən soruşdu ki, “əsas məqsəd bütün məsələləri Ermənistan qanunları ilə həll edilməsində deyil?” Mən bu faktı necə qarşılamalıyam”? Ermənistan Respublikasında hamı məsələni qanuni yolla həll etməlidir”. 

 Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyanın ailəsinə məxsus “Haykakan Jamanak” qəzeti mayın 17-də “Oğulların çağırışı” qeyri-hökumət təşkilatının üzvlərinin baş nazirin oğlunu qaçırmağa cəhd etməsi barədə məlumat yayıb.

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin