Cəmiyyət

Alban-Udi xristian dini icmasının sədr müavini erməni din xadimlərinə çağırış edib

“Mən həmişə erməni tərəfinə müraciətimdə tolerantlığı bizdən öyrənməyə dəvət etmişəm”.

Bunu “Report”un Kəlbəcərə ezam olunmuş əməkdaşına açıqlamasında Alban-Udi xristian dini icmasının sədr müavini Rafik Danakari deyib.

O, bu gün Xudavəng monastırını ziyarət etdiklərini xatırladıb:

“Bu məbəddə ibadət etmək çox xoş oldu. Biz bura ilk dəfə 2020-ci ilin dekabr ayında gəlmişdik. Hər dəfə gələndə şəhidlərimizə, Prezidentimizə, əsgərlərimizə dua edirik. Bu gün həm də Azərbaycandakı bütün dini konfessiyaların nümayəndələrinin iştirakı ilə birgə ibadət etdiyimizə görə əlamətdar oldu. Azərbaycanda həmişə sülh olmasını arzulayırıq. Çünki biz sülhsevər və qonaqpərvər xalqıq”.

“Mən həmişə erməni tərəfinə müraciətimdə tolerantlığı bizdən öyrənməyə dəvət etmişəm. Azərbaycanda müxtəlif xalqlar yaşayır və onlar arasında sevgi, hörmət, qardaşlıq var. Biz anadan olanda tolerant və multikultural bir cəmiyyətə göz açmışıq. Ona görə də erməni din xadimlərinə demək istəyirəm ki, biz hər birimiz xristianıq. Azərbaycan müsəlman ölkəsi olsa da, burada heç bir dinin nümayəndəsinə qarşı ayrı-seçkilik yoxdur”.

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər