Hadisə

Azərbaycanda özünü qatarın altına atan şəxs öldü

Bu gün saat 11:50 radələrində “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus qatar Mingəçevir-Goran mənzilinin 311-ci km-də hərəkətdə olan zaman bir nəfər naməlum şəxs dəmir yolu xəttinə yaxınlaşaraq qəfildən özünü relslərin üzərinə atıb.

“Unikal” xəbər verir ki, bu barədə ADY məlumat yayıb.

“Təəssüflə qeyd edirik ki, maşinist tərəfindən təcili tormozlama aparılsa da, məsafə az olduğundan hadisə qaçılmaz olub və şəxsin həyatını xilas etmək mümkün olmayıb. Hadisə aidiyyəti üzrə araşdırılır”, – deyə məlumatda qeyd olunub.

0
0

Həmçinin baxa bilərsiniz

Hadisə

Qusarda qanunsuz fəaliyyət göstərən taxta sexləri aşkarlanıb

  • 21 Aprel 2023 - 18:37
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 19-da Qusar rayonunun
Hadisə

Lənkəranda avtomobil yeniyetmə bacı və qardaşı vurub – FOTO

  • 21 Aprel 2023 - 18:46
Lənkəranda avtomobil yeniyetmə bacı və qardaşı vurub. “Report”un cənub bürosu xəbər verir ki, hadisə rayonun Sütəmurdov kəndi ərazisində baş verib.