Cəmiyyət

Everest zirvəsinə qalxan ilk azərbaycanlı xanım – FOTO

Azərbaycanlı alpinist Elmira Aslanova Everest zirvəsinə qalxıb.

“Unikal” xəbər verir ki, o bu barədə “Facebook” hesabında paylaşım edib.

E.Aslanova Everest zirvəsinə qalxan ilk azərbaycanlı xanım kimi tarixə düşüb.

“Everest – xəyallar gerçəkləşməlidir! Uzun müddətdir ardınca getdiyim, onu ağılasığmaz və real olmayacağını hesab edərək dəfələrlə rədd etdiyim xəyalım. Amma Everest məni buraxmırdı. 19 may 2023-cü ildə dünyanın zirvəsinə qalxmağı bacardım və beləliklə Everestin zirvəsinə qalxmağı bacaran ilk azərbaycanlı qadın oldum ki, bundan çox xoşbəxtəm və fəxr edirəm”, – deyə xanım alpinist paylaşımda bildirib.

Qeyd edək ki, Everest yer kürəsində dəniz səviyyəsindən ən yüksək dağdır və Onun hündürlüyü 8848 metrdir.

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər