Cəmiyyət

Oğuzda atmosferə normadan artıq tullantı ixrac edən avtomobillərin sürücüləri ilə bağlı tədbir görüldü – FOTO

Oğuz Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən “Təmiz hava” aylığı çərçivəsində atomobillərdən atmosferə atılan zərərli tullantıların ətraf mühitə və insan sağlamlığına vurduğu zərərin qarşısının alınması məqsədilə nəzarət-profilaktik tədbir keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilən tədbir zamanı yol polisi əməkdaşları tərəfindən nəqliyyat vasitələrindən atmosferə ixrac edilən zərərli qazların miqdarı xüsusi cihaz vasitəsilə yoxlanılıb.

Standartlara uyğun olmayan avtomobillərin sürücüləri ilə maarifləndirici söhbətlər aparılıb və avtonəqliyyat vasitələrinin texniki sazlığının daim diqqət mərkəzində saxlanılmasının vacibliyi onlara izah edilib.

Ətraf mühitə atılan tullantılarda müəyyən edilmiş normadan artıq çirkləndirici maddələr olan avtomobillərin sürücüləri barəsində inzibati tənbeh tədbiri görülüb.

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər