Azərbaycan Milli Elmlər Akademiyasında ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş Bioloji müxtəlifliyin qorunması mövzusunda konfrans və “Qırmızı kitab”ın III nəşrinin təqdimatı keçirilir.
Oxu.Az verir ki, konfransda ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli və digər rəsmi qonaqlar iştirak edirlər.
Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2000-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qırmızı Kitabı haqqında Əsasnamə”yə uyğun olaraq “Qırmızı kitab”ın hər 10 ildən bir nəşri nəzərdə tutulub.
Daha çox şəkil burada: Photostock.az