Dünya

“Türkiyədə hazırda 3 milyon 700 min suriyalı miqrant var” – Çavuşoğlu

Türkiyədə hazırda 3 milyon 700 min suriyalı miqrant var.

“Unikal” xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu “Tv-100” kanalına müsahibəsində bildirib.

O qeyd edib ki, bu rəqəm BMT-nin rəsmi məlumatıdır və “Millət İttifaqı”nın prezident seçkilərində namizədi Kamal Kılıçdaroğlunun ölkə ərazisində 10 milyon suriyalı miqrantın mövcudluğuna dair açıqlaması yalandır.

Çavuşoğlu əlavə edib ki, Türkiyə artıq 500 mindən çox suriyalı miqrantı geri göndərib və bir qisminin də vətəninə dönməsi üçün Suriya tərəfi ilə danışıqlar aparır.

Nazir, həmçinin Türkiyə və Suriya liderlərinin görüşünə dair hazırlıq işlərinin də davam etdiyini vurğulayıb.

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin