Dünya

Ukrayna bütün sülh planlarından imtina etdi: “Yalnız bir sülh formulu ola bilər”

Ukrayna digər dövlətlərin təklif etdiyi bütün sülh təkliflərini dinləməyə hazırdır, lakin burada yalnız Ukraynanın “sülh formulu”nu tətbiq etmək olar.

Qaynarinfo xəbər verir ki, bu barədə “Azadlıq” radiosuna müsahibəsində Ukrayna prezidenti ofisinin rəhbərinin müavini İqor Jovkva bildirib.

Ətraflı

Ads by 

0

Reklamınızı SmartBee ilə effektiv edin.

O bildirib ki, müharibə Ukrayna ərazisində gedir, ona görə də burada Ukrayna sülh formulu olmalıdır. Digər dövlətlərin də mövqeləri Ukrayna üçün məqbul olarsa, nəzərə alınacaq.

“Ukraynada sülh üçün “Braziliya planı”, “Çin planı”, “Afrika planı”, “Vatikan planı” ola bilməz. Müharibə Ukrayna ərazisində getdiyi üçün sülhün yalnız Ukrayna formulu olmalıdır. Ukrayna prezidenti istənilən təklifi dinləməyə hazırdır. Həmin təkliflər artıq bir neçə dəfə səslənib. Lakin bütün bu təkliflər, əgər Ukrayna tərəfi üçün məqbuldursa, ilk növbədə, prezident Zelenskinin sülh formulunun müvafiq əsasına daxil edilməlidir”, – deyə Jovkva bildirib.

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin