Cəmiyyət

“WhatsApp” mesaj redaktəsi ilə bağlı yeni funksiyanı elan etdi – FOTO

“WhatsApp” messenceri istifadəçilərə mesajları göndərildikdən sonra 15 dəqiqə ərzində redaktə etməyə icazə verib.

Bu barədə bazar ertəsi messencerin saytında məlumat verilib.

“Biz yazı səhvini düzəltməkdən, mesaja yeni məzmun əlavə etməyə qədər sizə söhbətlər üzərində daha çox nəzarət imkanı verməkdən məmnunuq. Siz sadəcə redaktə edəcəyiniz mesajın üzərinə klikləməlisiniz və göndərildikdən sonra 15 dəqiqə ərzində müvafiq funksiyanı seçməlisiniz”, – “WhatsApp”dan bildirilib.

Qeyd olunub ki, bu funksiya bütün dünyada əlçatan olacaq, lakin tədricən istifadəyə veriləcək. Bəzi bölgələrdə mesajları redaktə etmək imkanı bir neçə həftə ərzində görünəcək.

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər