Cəmiyyət

Bakıda iki avtomobil toqquşub, xəsarət alanlar var – FOTO

Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib və iki nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə Svetlana Məmmədova küçəsində baş verib.

Belə ki, “Hyundai” markalı maşının sürücüsü kəsişmədə idarəetməni itirərək qarşıdan gələn “Honda” markalı maşına çırpılıb.

Qəza nəticəsində “Hyundai”da olan sərnişin və sürücü xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Hər iki maşına ciddi ziyan dəyib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər